Qısa məzmun
Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Marketinq Reklamları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili
- Kompüter bilikləri: MS Office
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Marketinq reklamları trendinə bələd olan izləyən
- Linkedin ads, Facebook analytics və Pixel ilə işləmək bacarığı
- Ənənəvi media ilə yaxından işləmə təcrübəsi
Vəzifə öhdəlikləri:
- Müqavilələr, reklam kanallarının və reklam ediləcək mövzulara uyğun komanda və rəhbərlərlə görüşün təşkil edilməsi və reklam strategiyasının yazılması
- Reklam kampaniyalarını planlaşdırmaq üçün məlumatların toplanması
- Ənənəvi, digital, offline və online -bütün reklam kanallarının planlaşdırılması, əlaqələrin qurulması və idarə edilməsi
- Reklam müqavilələrinin mütamədi olaraq izlənməsi və davamiyyətinin yoxlanması
- Reklamlarla bağlı aylıq hesabatların hazırlanması
- Bazar araşdırmasına əsasən aylıq reklam platformalarının müəyyənləşdirilməsi
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq Reklamları üzrə aparıcı mütəxəssis” yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...