Qısa məzmun
Times Consulting Satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Xidmət satışı sahəsində təcrübə üstünlükdür.
Şirkət haqqında məlumat:
Times Consulting 2007-ci ildə Bakıda kiçik reklam agentliyi olaraq fəaliyyətə başlamış, qısa zaman ərzində Azərbaycanın aparıcı reklam agentliklərindən birinə çevrilmişdir. Hazırda 8 ticarət mərkəzi, 3 ticarət və əyləncə mərkəzi, şəhərin mərkəzində 2 avtodayanacaqda (parkinq), Fəvvarələr meydanında, binaların, damların və yerüstü keçidlərin üzərində qeyri-standart daşıyıcılarda 100-ə yaxın reklam monitoru və ümumi sahəsi 800 m² olan bir lightbox bazası ilə yerli lider reklam agentliyidir. Times Consulting məhsulların ilk bazar təqdimatı üçün texniki dizayn, yaradıcı ünsiyyət strategiyası, həvəsləndirmə kampaniyaları, müştərilərinə 360 dərəcə tam xidmət paketi təqdim edən reklam agentliyidir.
İşin adı: Satış mütəxəssisi
İş yeri: Xocalı Prospekti 37, Dəmirçi Tower
İş təcrübəsi: minimum 1 il
Əmək haqqı: 750 – 4000
İş qrafiki : 5 günlük (09:00 – 18:00)
Vəzifə öhdəlikləri:
- Aktiv reklam satışlarının həyata keçirilməsi;
- Mütəmadi olaraq bazar monitorinqinin həyata keçirilməsi və potensial müştərilərin tapılması;
- Potensial müştərilərlə əlaqənin yaradılması və məhsulların təqdim edilməsi;
- Potensial müştərilərlə canlı görüşlərin həyata keçirilməsi və məhsulların təqdim edilməsi;
- Müəyyən edilmiş limitlər çərçivəsində qiymət endirimlərinin təklif edilməsi;
- Potensial müştəri ilə bağlı gündəlik hesabatların rəhbərə təqdim edilməsi;
- Satış həyata keçirilmiş müştəri haqqında məlumatların aiddiyyatı şöbəyə ötürlməsi və işin icrası prosesinin izlənməsi;
- Müştərilər haqqında məlumatların məlumatlar bazasında işlənilməsi;
Namizədə tələblər:
- Satış, marketinq və ya oxşar sahədə ali təhsil;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Xidmət satışı sahəsində təcrübə üstünlükdür;
- Marketinq biliklərinin olması üstünlükdür
- Analitik düşünmə, danışıq aparma, təhlil etmə, təmsil etmə və təqdim etmə qabiliyyətləri;
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını hr@timesconsulting.az e-mail ünvanına 07.06.2021 il tarixinə qədər mövzu yerində “Satış mütəxəssisi” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...