Qısa məzmun
Quba Palace Hotel Atraksionlar və oyun aparatları zalının rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
İşçinin iş mükəlləfiyyətləri:
- Əyləncə atraksionların və oyun aparatlarının keyfiyyətli işini təşkil edir.
- Əyləncə atraksionları,oyun aparatlarının işlək,texniki cəhətdən istifadəyə etibarlı vəziyyətdə olmasını təmin edir.
- Əyləncə avadanlıqlarının mütəmadi olaraq nəzərdən keçirilməsi işlərini təşkil edir və fövqəladə halların aradan qaldırılması üçün tədbirlər görür.
- Əyləncə avadanlıqıarının istismarı üçün lazım olan materialların və ehtiyat hissələrinin alınmasına dair müraciətləri tərtib edir.
- Əyləncə avadanlıqlarının təmiri,quraşdırılması və sökülməsinə dair smetalar hazırlayır.
- İşləyən atraksionları və oyun aparatlarını rasional tənzimlənməsinə və məqsədəuyğun istifadəsini həyata keçirir.
- Şöbələrin fəaliyyətinə dair uçotu və müəyyən edilmiş hesabatların hazırlanmasını təşkil edir.
İşçidən tələb olunan keyfiyyətlər:
- Ali təhsil
- Ən azı 1 il əyləncə sahəsində iş təcürbəsi;
- Təşkilatçılıq bacarıqları;
- Detallara diqqət;
- Yüksək ünsüyyət bacarıqları;
- Kompüter bilikləri;
- Xarici dil bilikləri; İngilis və ya rus dili
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini HR@qubapalace.com ünvanlarına göndərə bilərlər