Qısa məzmun
A+Co ASC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
“A+CO” ASC şirkəti “Satınalma üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
- Müvafiq sahədə Ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Xarici dil bilikləri: Rus dili mükəmməl, İngilis dili yaxşı səviyyədə olmalıdır ;
- İrəli səviyyədə MS Office proqram bilikləri;
- Yaxşı yazı və ünsiyyət, vaxtın idarə edilməsi bacarıqları;
- Xarici ölkələrə ezam gedilməsinə açıq olmalı;
Vəzifə öhdəlikləri:
- Sifarişlərin təşkili və idarə edilməsi;
- Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
- Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtında satınalınmasının təmin edilməsi;
- Satınalama əməliyyatlarının analizinin həyata keçirilməsi: müqavilə şərtlərinin uyğunluğunun yoxlanılması, təqdim olunan malların, işlərin və xidmətlərin razılaşdırılmış şərtlərə əsasən icra olunmasının izlənilməsi.
- Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görmək;
- Alternativ tədarükçülərin axtarışını və tenderlərin keçirilməsini təşkil etmək;
- Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
- İllik, aylıq satınalma datalarını analiz etmək və hesabatların rəhbərliyə təqdim olunmasını təmin emtək;
- Xammal və digər malların satınalma və logistika prossesinə nəzarət etmək, aidiyyatı şöbələrlə işbirliyi aparmaq.
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi;
- Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;
- Həvalə olunmuş digər aidiyyatı işlərin düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizdəin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə ” Satınalma üzrə mütəxəssis ” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...