Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Agropark İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməlidir.
İşin təsviri:
- İşçilərin işə davamiyyətinə nəzarət edilməsi;
- İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluğunu hazırlamaq, əmək müqavilələrinin hazırlanması
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsi və onun yerinə yetirilməsində iştirak edilməsi;
- Struktur bölmələrdən daxil olan bütün aidiyyatı yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemlərin həll edilməsi;
- Elektron hökümət portalına işçilərin qeydiyyata salınması;
- Aylıq, rüblük, yarımillik kadr hesabatlarının aparılması;
Namizədə tələblər:
- Ali təhsil
- AR əmək məcəlləsi üzrə biliklər
- Təklif edilən sahə üzrə ən azı 3 illik iş təcrübəsi
- Microsoft Office (Word, Excel, PowerPoint, Outlook) və 1C proqramları üzrə yüksək səviyyədə biliklər
- İnsan resurslarına aid əsasnamə, təlimat və digər rəhbər sənədləri bilməli
- Operativ və düzgün qərar vermək bacarığı, yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
Əlavə məlumat:
- İş vaxtı: Bazar ertəsi – Cümə, saat 08:00 – 17:00 arası (1 saatlıq nahar fasiləsi ilə)
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir
Vakansiyaya müraciət üçün hr@bakuagropark.az ünvanına mövzu hissəsində “İR mütəxəssisi” qeyd edərək CV göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...