Laborant beton və qrunt
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azertexnolayn LLC Laborant beton və qrunt vəzifəsi üzrə vakansiya elan edir.

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Laborant beton və qrunt”

Əmək funksiyası:

  • Laboratoriyada məhsula dair keyfiyyət testlərini şərtnamələrə, müvafiq standartlara və daxili prosedurlara, təlimatlara əsasən icra etmək
  • Test nümunələrinin müvafiq qaydada saxlanılmasını təmin etmək
  • Qeydlər apararkən yalnız KİS tərəfindən təsdiqlənmiş formalardan istifadə etmək
  • Təzə beton qarışığının və qruntun laboratoriya, sahə şəraitində sınaqlarının aparılması (beton konusun çökməsi, Temperaturun və hava miqdarının ölçülməsi və.s)
  • Beton nümunələrinin götürülməsi, saxlanılması, möhkəmlik həddinin təyini
  • Aparılan sınaqların və sınaq nəticələrinin qeydiyyatı
  • Sand Code, Plate Load Test, Proctor Test,Sieve Test, Plastic and Liquid limit və sair testlərin aparılması

Namizədə tələblər:

  • Kimya sahəsi üzrə ali təhsil
  • Microsoft Office proqramlarını bilməlidir

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Laborant beton və qrunt” başlığı altında qeyd edərək hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Səidə Ağayeva / Whatsapp: 050-268-45-95

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı