Qısa məzmun
Ə/H 1000-2000 AZN. SMTS MMC Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. İşgüzar ünsiyyət bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- İSO 9001 – 2015; İSO 14001 – 2015; İSO 45001 -2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
- Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
- Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
- Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
- Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
- İnformasiya toplamaq və daxili audit üçün iş yerlərinə baxış keçirmək;
- Daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
- Daxili auditlərdə iştirak etmək;
- Əmək məhsuldarlığının artırılması, iş yerlərində keyfiyyətə nail olunması;
- Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
- Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
- Müştəri məmnuniyyətlərini öyrənmək;
- Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
- KN departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
- SWOT analizin hazırlanması.
Namizədə olan tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil
- Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı.
- İSO 9001 – 2015; İSO 14001 – 2015; İSO 45001 -2018 standartları üzrə daxili və xarici auditlərin aparılması üçün sertifikatlar
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
- Microsoft Office, AutoCad əla səviyyədə bilməli
- Yüksək səviyyədə texniki biliklərinin olması
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları
- İşgüzar ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı: 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...