Qısa məzmun
Ə/h 500-600 AZN. Zəfəran şirkəti Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək
- Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək
- Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək
- Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək
- Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması
- İnyeksiyaların vurulması
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət
İş şəraiti:
- Əmək haqqı: 500-600 AZN
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30
Namizədə tələblər:
- Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili
- Təcrübə: Reanimasiya şöbəsində minimum 3 il iş təcrübəsi mütləqdir
- Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir
- İşində məsuliyyətli olmalıdır
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb Bacısı” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Oxşar vakansiya siyahısı:
400 — 450 ₼
Əczaçı OperatorƏ/h 400 -450 AZN . AzəriMed QSC Əczaçı Operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Həkim-radioloq
Respublika Diaqnostika Mərkəzi Həkim-radioloq vəzifəsi üzrə vakansiya elan edir. ...