Qısa məzmun
Ə/h 400-500 AZN. Performance Center Co MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İşəqəbul prosesinin əsas qaydalarını bilməlidir.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi;
- Əmək müqavilələrin və müqaviləyə əlavələrin hazırlanması;
- Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;
- Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ əmrlərin hazırlanması;
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
- E-gov portalında əməliyyatların icra edilməsi.
Namizədə bağlı tələblər:
- Ali təhsil
- Yaş: 22-25
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
- Microsoft Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Kadr kargüzarlığı haqqında yüksək səviyyədə biliyə malik olmalı
- Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri orta səviyyədə;
- Xanım namizədlərə üstünlük verilir.
İş Şəraiti:
- • İş vaxtı: həftədə 6 gün, 09:00-dan 18:00-dək;
• Əmək haqqı: 400-500 AZN.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (kargüzar)” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...