Qısa məzmun
Sirab ASC Resepşn vəzifəsi üzrə vakansiya elan edir. Yeni məzun olan namizədlərə üstünlük verilir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office – əla;
- Dil bilikləri: Azərbaycan-səlis, (Rus dili -yüksək, İngilis dili -arzuolunandır);
- Yaş həddi: 22-30;
- Yeni məzun olan namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin cavabladırılması;
- Şirkətə gələn qonaqların qarşılanması, yönləndirilməsi;
- E-poçt yazışmalarının həyata keçirilməsi;
- Məktubların göndərilməsi və qəbul edilməsi;
- Daxil olan və çıxan sənədlərin qeydiyyatının aparılması;
- Administrativ tapşırıqların icrası.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Müsahibə əsasında təyin edilir.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Resepşn” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Babək “Sirab” ASC haqqında:
“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx
Oxşar vakansiya siyahısı:
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...