Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Orta səviyyədə Rus dili biliyi olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
- Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, mal-material uçotunu, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Rəsmi dövlət orqanları ilə hesablaşmalar;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb, mühasibatlıq proqramına daxil olunmasına nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək.
Tələb olunan göstəricilər:
- Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus dili biliyi;
- Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).
İş şəraiti barədə məlumat:
- İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
- İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı).
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Baş Mühasib”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...