Qısa məzmun
Sinteks Group of Companies Photo Retoucher vəzifəsi üzrə vakansiya elan edir. Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
- Sinteks Şirkətlər qrupuna hal hazırda Foto Retuşer (Freelance) tələb olunur.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu studiyadan alınan bütün şəkillərinin retuş işlərini aparmaqdır.
Vəzifə öhdəlikləri:
- Məhsulların şəkillərini markaların və e-mağazaların qaydalarına uyğun olaraq redaktə edir
- Məhsulların şəkillərinin ölçülərini ölçü cədvəlinə uyğun olaraq düzəldir
Əsas tələblər:
- Təhsil:
- İncəsənət/Dizayn/Fotoqrafiya sahəsi üzrə Bakalavr dərəcəsi arzuolunadır
- Təcrübə:
- Foto retuş işləri üzrə 2 illik iş təcrübəsi
- Moda sektorunda təcrübə üstünlükdür
- Professional biliklər:
- Adobe Photoshop üzrə mükəmməl biliklər
- Professional bacarıqlar və kompetensiyalar:
- Nəticəyönümlülük
- Vaxtın idarə edilməsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Photo Retoucher (Freelance)” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.