Qısa məzmun
Damla Mebel MMC Ofis menecer vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla Mebel” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması;
- Şirkətin sosial şəbəkələrinin idarəedilməsi.
- Şirkətdaxili kargüzarlıq işlərinin yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi;
- Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi.
Namizədə tələblər:
- Ali Təhsilli
- Rus dili, ingilis dili yaxşı səviyyədə;
- Təşkilati və analitik bacarıqlar;
- Microsoft office proqramlarından istifadə bacarığı.
- Yaş aralığı – 23-35 yaş
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Təcrübə tələb olunmur;
- Əmək haqqı: 400 AZN
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- İşçilərin daşınması üçün 20 Yanvar metrosundan və Sumqayıtdan servis xidməti var.
- Yalnız yaxın ərazidə yaşayan xanım namizədlərə üstünlük veriləcəkdir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Ofis menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...