Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Şirkət məhsullarını endirimlə əldə etmək imkanı olacaqdır.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Satış Məsləhətçisi (Gəncə, Mingəçevir, Quba)
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Tələblər:
- Satış təcrübəsi arzu olunandır
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: həftədə 6 iş günü və 1 istirahət günü.
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Müraciət etmək üçün aşağıdaki linklərə daxil ola bilərsiniz:
Satış məsləhətçisi (Gəncə) – https://qlor.me/kq3ubevk
Satış məsləhətçisi (Mingəçevir) – https://qlor.me/kq3ujtzd
Satış məsləhətçisi (Quba) – https://qlor.me/kq3xeph8
Oxşar vakansiya siyahısı:
Xahiş edirik, “Satış üzrə məsləhətçi” vakansiyamızın saytınızda dərc olunmasına dəstək olasınız: İş barədə məlumat İş əsnasında ...
Embawood şirkəti Satış koordinatoru (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( Sumqayıt ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...