Qısa məzmun
Grand-Agro LLC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı olmalıdır.
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Vəzifə öhdəlikləri:
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili
- Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək
- Görülən işlərin təhvil təslim aktının hazırlanması,
- Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək
- Alışların ümumi məlumatlar bazasına işlənməsi,
- Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti,
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Tələblər
- Təhsil : Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar ixtisaslar )
- Təcrübə: Minimum 1-3 il (Müvafiq sahədə 1 il )
- Sertifikatlar: CİPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür
- Dil bilikləri: Azərbaycan Dili , İngilis dili , Rus dili
- İT üzrə biliklər: Microsoft Office və 1C
Texniki Bacarıqlar:
- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması
Səriştəlik:
- Məsuliyyətli,disiplinli,açıq fikirli
- Güclü analitik qabiliyyətlər,problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,təqdimat etmək bacarıqları
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik, Qərar almaq və İcra etmək
Əlavə məlumat:
- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:30-dan 17:30-dək
- Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...