Qısa məzmun
Ə/h 500 AZN + Bonus. Magenta Korporativ satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Şirkətə daxil olan sifarişlərin qəbul edilməsi, hazırlanma və təhvil mərhələsinədək idarə edilməsi.
- Təqdim ediləcək siyahı və plan üzrə Korporativ müştərilər ilə kontaktların yaradılması , ilkin və təkrar görüşlərin təşkili və şirkət təqdimatının edilməsi,
- Görüş keçirilmiş müştərilərin hesabatını hazırlayaraq rəhbərliyə yazılı hesabat təqdim etmək.
- Müştəriyə qiymət təklifinin hazırlanaraq təqdim edilməsi (Maliyyə şöbəsinin qiymət təsdiqindən sonra)
- Müştəri ilə Qiymət razılaşmasından sonra Sifariş barədə İstehsal müdirinə yazılı formada məlumat vermək. Təsdiq edilmiş müştəri sifarişləri haqqında gündəlik olaraq
- İstehsal müdirinə yazılı hesabat təqdim etmək.
- Müştəri bazasının formalaşdırılması və mövcud bazanın koordinasiya olunması, Mövcud müştəri sayını genişləndirmək və yeni korporativ müştərilər axtarmaq,
- Korporativ e-mail ünvanına daxil olan müraciətlərin cavablandırılması və əməkdaşlıq sorğularının icrası
- Həftəlik, aylıq, illik hesabatların hazırlanması və Struktur bölmə rəhbərinə təqdim edilməsi / Həftəlik və Aylıq hesabatlar təqdim etmək (aylıq satış planları, yeni müştəri sayı, müştəri ziyarətləri, və s.)
- Müştəri məmnuniyyəti və müştərilərin saxlanmasına nail olmaq, Satışdan sonra müştərilərlə əlaqələrin tənzimlənməsi . Müştərilərlə əlaqədar hər hansı problem və ya çatışmazlığı vaxtında aşkarlamaq və müvafiq tədbirlər görmək
- Bazarda meydana gələn yeni iş sahələri və yeni şirkətlər barədə daim məlumat toplamaq və Struktur bölmə rəhbərinə hesabatlar təqdim etmək
- Müştəri borclarının yığılması prosesində aktiv iştirak etmək; bu məqsədlə müştəri ilə ünsiyyətdə iştirak etmək.
- E-mail və yazışmaların həyata keçirilməsi
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
- Korporativ nömrə, və balans şirkət tərəfindən təmin edilir
Tələblər:
- Təhsil : Ali
- Yaş həddi: 20-30 yaş
- Dil bilikləri: Azərbaycan dili və (qismən) rus dili
- Kompüter bilikləri: Ofis avadanlığı və MS Office proqramları ilə işləmək bacarığı
Şəxsi keyfiyyətləri:
- Operativ, məsuliyyətli və işə planlı yanaşan
- Komandada işləmək bacarığı və istəyi
- Daim öyrənmək və inkişaf etməyə meyilli
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı
- Gərgin iş qrafiki ilə işləmək bacarığı
- Şəxsi avtomobilinin olması üstünlükdür.
- İş qrafiki: 6 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500 AZN + bonus
- İş şəraiti: Poliqrafiya və reklam sahəsi
- Ünvan: Q. Qarayev m.st. yaxınlığı.
Zəhmət olmasa CV – lərinizi “Korporativ satış nümayəndəsi” başlığı ilə info@magenta.az ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...