Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Beynəlxalq Bank Risklərin idarə edilməsi üzrə Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və Rus dillərini bilən namizədlər tələb olunur.
Bank fəaliyyətində yaranan maliyyə risklərinin (kredit, bazar və ya əməliyyat riskləri) qiymətləndirilməsi, təhlili və idarə edilməsi sahəsində təcrübəsi olan, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
- Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi;
- Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
- Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini verilməsi;
- Maliyyə risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
- İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Peşəkar komanda ilə əməkdaşlıq
- Bank sahəsində davamlı karyera inkişafı
- Adekvat əmək haqqı
- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsil olan
- Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan
- Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar/Əməliyyat risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan)
- CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan
- Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilən
- Güclü kommunikativ qabiliyyətə sahib olan
- Microsoft Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına 7.02.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Risklərin idarə edilməsi üzrə Baş mütəxəssis”)
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...