Satış mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Collezione Italia Satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Planlaşdırma, analiz və idarəetmə bacarığı olmalıdır.

Collezione Italia – Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – çox geniş bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir.

Satış mütəxəssisi ( mebel, santexnika, qapı-parket,çılçıraq,mətbəx,qab-qacaq,divar kağızı, pərdə, tekstil)

Namizədə olan tələblər:

  • Satış, marketinq və ya oxşar sahədə ali təhsil arzu olunandır;
  • Satış sahəsində minimum 1 il iş təcrübəsi (Lüks seqmentdə təcrübə üstünlükdür);
  • Azərbaycan və rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır ;
  • MC Office proqramlarından istifadə bacarığı;
  • Satış texnikası, metodlarını və müştəri psixologiyasını bilmək;
  • Ambisiyalı, gülərüz, məsuliyyətli , nəticə yönümlü, müştəri yönümlü, yeniliyə və inkişafa meyilli, səbrli;
  • Ünsiyyət, komandada işləmək, təqdim etmə bacarıqları

Vəzifə öhdəlikləri:

  • Müştərilərin qarşlanması və ehtiyaclarının müəyyənləşdirilməsi
  • Şourumda təmsil olunan brendlərin müştəriyə təqdim olunması və satışının həyata keçirilməsi;
  • Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici özəl xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Məhsulların çatdırılması və quraşdırılması işlərinin koordinasiya edilməsi
  • Müştəri bazasının yaradılması və müştərilərlə düzgün iş münasibətlərinin qurulması;
  • Kommersiya təkliflərinin hazırlanması
  • Şourumun hər zaman səliqəli, hazır olmasına nəzarət edilməsi;
  • Ehtiyac olduqda müştərilərin evini ziyarət edib, ölçülərin götürülməsi;
  • Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi;
  • Mövcud və potensial müştərilərlə mütəmadi əlaqələrin saxlanılması, özəl günlərində müştərilərə zəng olunması;
  • Bazar araşdırması həyata keçirilməsi və rəqiblərin fəaliyyətinin analiz edilməsi
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.

İş şəraiti:

  • 6 günlük iş həftəsi;
  • Xarici ölkələrdə sərgilərdə iştirak imkanı;
  • Əmək haqqı 600 AZN – 2000 AZN

QEYD: Seçilmiş namizədlər Collezione İtalia ilə SAT GROUP təlim və konsultasiya şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində 3 aylıq Satış Akademiyası kursunda iştirak edib satış bacarıqlarını artıracaqlar.

Vakansiyaya müraciət üçün şəkil əlavə olunmuş CV-lərinizi “Satış mütəxəssisi” başlığı ilə hr@collezioneitalia.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. İşə qəbul prosesinin ilkin mərhələsində yalnız vəzifə tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600 — 800 ₼
Satış Mütəxəssisi

Bonamed MMC şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

02.09.2024 - Bakı

Anbar operatoru

Baku Steel Company anbar operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Baku Steel Company LLC

23.08.2024 - Sumqayıt

400 — 600 ₼
Satış nümayəndəsi

İnci Group Of Commpanies Satış nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

22.08.2024 - Bakı

450₼
Satış Təmsilçisi

Miniso Co Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Miniso Co

21.08.2024 - Bakı

Korporativ satış şöbəsinin mütəxəssisi

Madina Group MM MMC korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Madina Group MM

21.08.2024 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

15.08.2024 - Bakı

Anbar operatoru

Baku Steel Company anbar operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Baku Steel Company LLC

14.08.2024 - Sumqayıt