Qısa məzmun
Xalq Bank Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə:Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Magistr təhsilin olması;
- Ən azı 2 il biznes analitikası sahəsində və ya bankda iş təcrübəsi;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Peşəkar səviyyədə MS Excel-dən istifadə bacarığı, SQL proqramlaşdırma dili üzrə biliklərin olması arzuolunandır;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
İŞİN TƏSVİRİ:
- Xidmət/məhsul və müştəri qruplarının dövriyyəsinin, gəlirliliyinin təhlil olunması üçün müxtəlif analitik hesabatların hazırlanması;
- Alternativ xidmət kanallarının, o cümlədən terminal şəbəkəsi, məsafədən bankçılıq və rəqəmsal bankçılıq xidmətlərinin səmərəliliyinin təhlili;
- Müştəri davranışlarının təhlil olunması məqsədi ilə müxtəlif analitik hesabatların hazırlanması;
- Aidiyyatı struktur bölmələrlə birlikdə müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin ölçülməsi;
- Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və müvafiq şərtlərin mütəmadi Bank üçün səmərəliliyinin təhlili;
- Bankın fəaliyyətinin müxtəlif sahələrini əhatə edən istiqamətlər üzrə təhlillər aparılması və analitik hesabatların hazırlanması;
- Bankın əməliyyat tariflərində nəzərdə tutulan əlavə və dəyişikliklərin layihəsinin hazırlanması və təhlil edilərək aidiyyatı üzrə müzakirəyə təqdim olunması;
- Müştərilərin xidmət və məhsul şərtlərinə dair fərdi müraciətlərinin təhlili.
- QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Oxşar vakansiya siyahısı:
ATB Bank Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...