Qısa məzmun
Ə/h 800-1200 AZN. AS Prof Logistics Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dili yüksək səviyyədə tələb olunur.
Vəzifə üzrə əsas öhdəliklər.
- Müəssisənin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.
- Müəssisənin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək. Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət.
- Müəssisənin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkili.
- Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək.
- Müəssisənin struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlərin və məsləhətlərin verilməsi.
- Aidiyyəti sahələr üzrə, o cümlədən mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqi
Namizədə aid tələblər:
- Hüquq elmləri üzrə ali təhsil;
- Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
- Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
- Yaş məhdudiyyəti: 25 yaş – 50 yaş.
Namizədlərdən hr@asprof.az elektron ünvanına mövzü bölməsində Hüquqşünas qeyd etməklə müraciət etmələri xahiş olunur