Qısa məzmun
AS Group Investment LLC Aparıcı Satınalma Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İştirakçılara Təlimatlar, İş həcmi, Müqavilə şərtləri və s. daxil olmaqla Tender şərtlər toplusunun hazırlanması;
- Tender sənədlərinin formatının uyğunluğunu və tam olmasını təmin etməklə tender prosesinin izlənməsi;
- Müvafiq Müqavilə şərtləri və iş həcmləri əsasında Tender təkliflərinin dəyərləndirilməsi;
- Dəyərləndirmə nəticələrinin hazırlanması və Satınalmalar üzrə menecerə təqdim edilməsi;
- Toplanan təkliflərin arxivləşdirilməsi və qəbul edilən qərarların protokollaşdırılması;
- Təchizatçı bazasına nəzarət və potensial yeni təchizatçıların araşdırılamsı v müəyyən edilməsi;
- Satınalma planı və qrafikinin hazırlanmasında iştirak etmək;
- Təchizatçılarla layihə şərtlərinin, müddətinin və müqavilə şərtlərinin aydınlaşdırılması;
- Müqavilə imzalanması üçün müvafiq sənədlərin hazırlanması və Müqavilələrin idarəedilməsi şöbəsinə təqdim edilməsi;
- Beynəlxalq və yerli tenderlərdə iştirak üçün tender təkliflərinin hazırlanması;•
- Şirkət daxili departamentlərlə birgə çalışmaq və daxili sifarişləri mütamadi olaarq izləmək;
- Həftəlik və aylıq hesabatların hazırlanması və Satınalma menecerinə təqdim edilməsi.
Tələb olunan göstəricilər:
- İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
- İnşaat şirkətlərində Satınalma Mütəxəssisi, Tender Mütəxəssisi vəzifələrində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Dövlət Satınalmaları Qanununa dair biliklər;
- Beynəlxalq Satınalma qaydalarına dair biliklər;
- Azərbaycan və İngilis dili bilikləri, Rus dili üstünlük təşkil edir;
- Mükəmməl analitik və düşünmə bacarıqları;
- MS Office bilikləri (Word, Excel, Power Point proqramları);
- Oracle, SAP kimi ERP sistemləri üzrə biliklər.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Aparıcı Satınalma Mütəxəssisi”, qeyd etməklə CV formalarını hr@asgroup.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...