Qısa məzmun
Mazarina Satış direktoru vəzifəsi üzrə vakansiya elan edir. Cəld, dinamik, məsuliyyətli, dəqiq,icraçılıq qabiliyyəti olmalıdır
Tələblər:
- Ali təhsil
- Satış sahəsində minimum 10 il iş təcrübəsi
- FMCG sektorunda ən azı 5 il təcrübə
- Microsoft Office proqramları və xüsusən excel bilikləri sahəsində yüksək səviyyədə biliklər
- Analitik təhlil,strateji düşünmə, statistik və riyazi biliklər
- Azərbaycan və rus dillərini səlis bilməli (İngilis dili arzuolunandır )
- Hesabatlar ilə işləmə və hazırlama bacarığı
- Yüksək nizam intizamlı, tələbkar
- Kollektiv ilə yüksək ünsiyyət qabiliyyəti
Vəzifə öhdəliklər:
- Strateji idarəetmənin təmin olunması
- Satış rəhbərləri və istehsalçılarla daimi danışıqlar aparmaq və prioritet məsələləri aydınlaşdırmaq
- Dövri, aylıq və illik hesabatların hazırlanmasının təmini
- Hesabatların hazırlanması zamanı Marketinq şöbəsindən dəstək almaq və analizlərin müzakirəli şəkildə aparılması
- Satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması
- Müştərilərlə razılaşmaların həyata keçirilməsi və tələblərin müəyyən olunması
- Satış komandasına rəhbərliyin edilməsi
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
İş şəraiti:
- Əmək haqqı: Müsahibə zamanı razılaşdırılacaq
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;
Müraciət etmək istəyən namizədlər CV-lərini vacancy@mazarina.az e-mail ünvanına mövzu hissəsinə “Satış direktoru”qeyd edərək göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...