Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir;
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir;
- Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə
- parılmalıdır;
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir;
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
- Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq ali texniki təhsil;
- Müvafiq ali texniki təhsil
- Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “ Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis”, qeyd etməklə CV formalarını hr@asgroup.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...