Bölgə müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zeytun Pharmaceuticals Bölgə müdiri əzifəsi üzrə vakansiya elan edir. Əczaçılıq sahəsində Ali təhsil olmalıdır.

Vəzifə funksiyaları:

  • Tabeçiliyində olan satış müvəkilləri ilə mütəmadi əlaqə saxlanılması, tapşırıqların icrasına nəzarət edilməsi, aylıq planın analiz edilməsi;
  • “Zeytun Pharmaceuticals” MMC aptek şəbəkəsinə aid olan apteklərin potensialının müəyyənləşdirilməsi və tələbata uyğun müvafiq tədbir görülməsi;
  • “Zeytun Pharmaceuticals” MMC apteklər şəbəkəsinə aid olmayan digər apteklərin şirkətlə əməkdaşlığa dəvət edilməsi;
  • Ehtiyac olduğu təqdirdə bölgəyə əlavə məhsul göndərişinin ünvanlanmasının təmin edilməsi, zərurət yarandığı halda bölgə üzrə bir neçə şatış müvəkkilinin təyin edilməsi;
  • Şirkətin çalışdığı aptek rəhbərləri ilə mütəmadi əlaqə yaradılması, problem yarandığı təqdirdə müvafiq qaydada həll edilməsi;
  • Hər ay sonu kreditor müştərilərlə üzləşmə aktının tərtib ediməsi;
  • Hər ayın əvvəlində satış müvəkkilləri ilə ümumi iclas təyin edərək ötən ayın satışları üzrə hesabatların müqayisə edilməsi;
  • Satış müvəkkillərinə həvalə olunmuş avtomabillərin işlək və zədəsiz şəkildə saxlanılmasına nəzarət edilməsi.

Tələblər:

  • Əczaçılıq sahəsində Ali təhsil
  • Satış və çatdırılma sahəsində 5 ildən artıq iş təcrübəsi
  • Microsoft Office və 1C proqramlarından sərbəst istifadə bacarığı
  • Sürücülük vəsiqəsi
  • Satış qabiliyyəti
  • Müştərilərlə ünsiyyət qurmaq, idarəçilik, tabeçiliyində olan satış müvəkkilləri ilə komanda şəklində işləmə bacarığı.

İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Tibb bacısı

Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

05.09.2024 - Hacıqabul