Sosial media marketinq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“AzInTelecom” MMC Sosial media marketinqi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

“AzInTelecom” MMC Sosial media marketinqi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Şirkət haqqında:

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 27001 və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.

Şöbə:

  • Kommersiya departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/
  • Rəqəmsal və sosial media marketinqi sektoru

Vəzifə öhdəlikləri:

  • Sosial media strategiyasını həyata keçirmək
  • Bloq planlarını həyata keçirmək
  • İnternet seminarlar və konfranslar üçün illik planları həyata keçirmək
  • İnternet saytları və sosial qarşılıqlı əlaqə hesabları üçün kontent yazmaq və optimallaşdırmaq
  • Onlayn kontentdəki səhvləri və ya nöqsanları düzəltmək
  • Onlayn saytlar üçün video, podkast və audio kontenti redaktə etmək və yerləşdirmək
  • İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili hesabatlar hazırlamaq
  • Bazara məhsul buraxılışlarına və işgüzar əlaqələrin yaradılması və möhkəmləndirilməsi tədbirlərinə qatılmaq

Tələb olunan bilik və bacarıqlar:

  • Vaxtın idarə olunması bacarıqları
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
  • Biznes yönümlü düşüncə və şüur (Şirkət biznesini anlamaq, öz işini ümumi biznesin bir hissəsi kimi görmək, şirkət xaricində müsbət imic qurmaq)
  • Komanda işi və əməkdaşlıq (Müsbət iş münasibətlərini qurmaq, digərlərini dinləmək və anlamaq, təcrübə ilə bölüşmək)
  • Çeviklik və dəyişikliklərə açıqlıq (Dəyişiklikləri anlamaq, maraq göstərmək, sual vermək, işdə əks etdirmək)
  • Müştəriyə diqqət (Daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərmək, dinləmək və anlamaq, razılaşdırılan çərçivədə çevik olmaq)
  • Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
  • Bazar tələbatlarına və trendlərə uyğunluq (Bazar tələbatlarını və trendləri bilmək, vaxtında təklif vermək, proaktiv olmaq, ehtiyacları qarşılamaq)
  • Danışıqların aparılması (Digər tərəfi anlamaq, danışıqlar zamanı düzgün strategiya qurmaq, “win-win” yanaşmadan istifadə etmək)
  • Şəbəkələrin qurulması (Digər tərəflərlə şəbəkə qurmaq, şirkətlərlə və fərdi şəxslərlə tanış olmaq və əlaqə yaratmaq)

Arzu olunan meyar və tələblər:

  • Facebook, Twitter, Instagram, YouTube və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün populyar sosial media platformalarında açıq ifadə olunmuş üstün təcrübə
  • Google analytics, Yandex Metrica üzrə biliklər əlavə üstünlükdür
  • İT şirkətində təcrübə əlavə üstünlükdür

Təhsili:

  • Kommunikasiyalar, marketinq, jurnalistika, multi-media və ya əlaqədar sahəsində bakalavr dərəcəsi

Dil bilikləri:

  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir

İş təcrübəsi:

  • Sosial media marketinqi sahəsində1-3 il

İş qrafiki:

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Marketinq meneceri

AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.12.2024 - Bakı

600₼
Təqdimatçı

Azdizayn Group MMC Təqdimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Azdizayn Group

19.12.2024 - Bakı

Xarici Bazarlar üzrə Marketinq Mütəxəssisi

Mətanət A Şirkətlər Qrupu Xarici Bazarlar üzrə Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

09.12.2024 - Bakı

Kiçik Marketinq Mütəxəssisi

ASADZADESANAN MMC Kiçik Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

09.12.2024 - Bakı

Digital Marketinq üzrə Dizayner

Mətanət A Şirkətlər Qrupu  Digital Marketinq üzrə Dizayner vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

05.12.2024 - Bakı

Aparıcı reklam mütəxəssisi

Mətanət A Şirkətlər Qrupu  Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

05.12.2024 - Bakı

Sosial Media Mütəxəssisi

Mətanət A Şirkətlər Qrupu  Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

05.12.2024 - Bakı

Digital marketinq üzrə texniki mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Digital marketinq üzrə texniki mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

02.12.2024 - Bakı

Старший Бренд-менеджер

ADORE kompani Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

29.11.2024 - Bakı

Təlim və inkişaf şöbəsinin koordinatoru

ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

29.11.2024 - Bakı

SMM Təcrübəçi (ödənişsiz)

Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...

Giperaks

25.11.2024 - Bakı