Qısa məzmun
Sinteks Group of Companies İnfrastrukturunun idarəedilməsi üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Şirkətin İnfrastrukturunun idarəedilməsi üzrə Administrator tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu tələb olunan ödənişləri, sığorta hadisələri prosesini, xidmət provayderləri ilə müqavilələri təşkil etmək və inventarların alınmasına kömək etməkdir.
Vəzifə öhdəlikləri:
- “Check in list” nəzərdən keçirir, və işləri texniki personal arasında bölüşdürür
- Kommunal, təhlükəsizlik və digər xidmət ödənişlərini hazırlayır və təşkil edir
- İnventarın alınmasına kömək edir
- Yeni alınmış inventar haqqında məlumat göndərir, həmçinin data bazada inventar nasazlıqlarını təsdiq edir
- Sığorta hadisələri haqqında məlumat alır və bütün prosesləri təşkil edir
- Xidmət provayderləri ilə müqavilə hazırlayır
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil (Biznesin İdarəedilməsi üzrə və ya Texniki dərəcə üstünlükdür)
- Təcrübə:
- İnfrastruktur İdarəetmə təcrübəsi üstünlükdür
- Professional biliklər:
- Azərbaycan dili mükəmməl, Rus və İngilis dili arzuolunandır
- 1C bilikləri üstünlükdür
- Microsoft Office
- Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Zamanın idarə olunması və planlama
- Problemi həll etmə
- Detal və nəticə yönümlü
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Facility Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...