Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Dispetçer vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
İş yeri: Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: Minimum 1 il nəqliyyat sahəsində iş təcrübəsi
Təhsil: Ali(Texniki sahələr üzrə)
Yaş həddi: 26-40
İşin Təsviri: Sürücülərin iş axışlarına nəzarət edir və yoxlanışlar keçirərək yaranan problemləri həll edir.
Vəzifə öhdəlikləri:
- Təhkim olunmuş ərazilərdə sürücülərin iş axışlarını yoxlamaq;
- Sürücülərə aid hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş çatışmazlıqların , avtomaşınlarda yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görmək.
Tələblər:
- Dəqiq və məsuliyyətli olmaq;
- Avtomobillərlə bağlı texniki biliyi ;
- Yüksək analitik təhlil qabiliyyəti;
- Microsoft Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Dispetçer” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...