Qısa məzmun
NOVCO Group of Companies Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Liu JO, Coccinelle, Tommy Hilfiger, Bebe, Calvin Klein, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, OVS və s. dünyanın tanınmış brendlərini özündə birləşdirir
Vəzifə: Dizayner
Vəzifə öhdəlikləri:
- Nəşr olunan reklam məhsullarının dizaynının tərtib edilməsi
- Endirim kartları, açıqça, flayer, kataloqlar, təqvim və s. Hazırlanması və Çap işlərinin kontrolu
- Şirkətin reklam strategiyasının hazırlanmasında iştirak edilməsi
- Birbaşa rəhbərə görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların təqdim olunması
- Mağaza açılışlarında dizayn elementlərinin yaradılması və kontrol edilməsi
- Təchizatçılar ilə əlaqə saxlanılması və işlərin büdcələrinin müəyyənləşdirilməsi
Tələblər:
- Komputer bilikləri: MC Office – sərbəst işləmək, dizayn proqramları- Photoshop, Corel Draw, Indesign
- Texniki dizayn işlərində təcrübə
Əmək şəraiti:
- İş qrafiki: 8 saat / 5 iş günü
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini career@novco.com e-mailinə, mövzu hissəsində “ Dizayner ” qeyd edib göndərilməsi xahiş olunur.