Qısa məzmun
Terrastruc Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Müasir texnologiya sahəsində tam biliyə malik olmalıdır.
İş barədə məlumat:
- Tender təkliflərinin hazırlanması
- Verilmiş layihələrə əsasən iş həcimlərinin müəyyən edilməsi
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi; Tikinti quraşdırma və təmir işləri üzrə smetaların və normalara əsaslanan qiymətlərə uyğun smeta sənədlərini tərtib edilməsi
- 1C proqramında Smetaların tərtib edilməsi və material hərəkətlərinin aparilması
- Hazırlanmış smetaya uyğun olaraq müəyyən edilmiş vaxt ərzində obyektlərin verilmiş plan, iş qrafikləri və tikinti-quraşdırma işləri əsasında işin kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun yerinə yetirilməsi işlərinə texniki nəzarətin həyata keçirilməsi və
uyğunsuzluq aşkar etdikdə tədbir görmək - Tikinti xərclərinin izlənməsi və layihələrin kapitallaşmasını aparmalı
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilmək
- Layihə üzrə görülmüş işlərin günlük və həftəlik planının hazırlanması və təqdim olunması
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması,lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərət etmək
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və
- Onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinə nəzarət etmək
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib
hzırlanması - Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsində iştirak etmək
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək
- Mü qavilələr üzrə yerinə yetirilmiş işlərin qəbul olunması və ona nəzarət,görülmüş iş
həcimlərinin yoxlanılması,dəqiqləşdirilməsi, Forma 2-lərin smetaya uyğunluğunu yoxlamaq və təsdiqləmək - Layihə barəsində aylıq texniki hesabatların hazırlanması
- Smetlararın tərtibi üçün bazar qiymətlərini analız edilərək xidmətlərin, materialların və s.
vahid həcminin qiymətlərinin müəyyən edilməsi. - Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması.
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
- Metodiki və normativ materialların,texniki sənədlərin,eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflər vermək
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
- Görüləcək işlərə görə təqdim olunmuş və təklif olunan qiymət təkliflərinin müzakirə və qəbul olunmasında iştirak etmək
- Podratçı təşkilatlarla əlaqəli qərarların verilməsində iştirak edir
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi
- Fəaliyyət sferası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
- İş yeri: Bakı, Nardaran ərazisi
- İş saatı : Həftədə 5 gün 8 saat olmaqla
- Nahar fasiləsi: 13:00-dan 14:00-dək
Namizədə tələblər:
- Təhsil və iş təcrübəsi• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil
- Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə. Minimum 3 ili Smeta mühəndisi kimi iş təcrübəsi
- Bacarıq və səriştələr
- Ünsiyyət və təşkilati bacarıq
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı
- Rus və azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət)
- Ms. Office programları, Excell, 1C programları əla səviyyədə
Bilməlidir- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını - Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını
Telefon danışıqlarışirkət tərəfindən ödənilir
Koroğlu metrosundan- servis xidməti var.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...