Qısa məzmun
Universal PRO MMC Təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığına malik olmalıdır.
- Yeni məzunları və iş həyatına başlamağı qərarlaşdıran hərkəsi şirkətimizin əməkdaşı olmağa dəvət edirik. Gənc kadrların real iş mühitindəki təcrübələrinin az olduğunu və özlərinə uyğun iş tapmaqda çətinlik çəkdiklərini nəzərə alaraq 2 aylıq təcrübə proqramına start veririk. Təcrübə Proqramımız, kariyerasını satış departamentində qurmaq istəyən gənclərimizə Korporativ Satış Mütəxəssisi və Satış Kordinatoru pozisyalarında təcrübə keçmək şansı yaradır. Universal PRO şirkəti 20 ildən çoxdur ki, təchizat sahəsində fəaliyyət göstərir. Azərbaycanda və qonşu ölkələrdə bir çox dövlət idarələri və aparıcı özəl şirkətlərin layihələrində uğurla iştirak edir.
Təcrübə proqramında hər vəzifə üzrə 3 seçilmiş iştirakçı 2 ay müddətində şirkətimizin satış supervayzerləri və satış mütəxəssisləri ilə birlikdə çalışacaq, verilən tapşırıqları yerinə yetirəcək. İşin aparılması ilə bağlı müxtəlif təlim və təcrübə proqramları tətbiq ediləcək.
Tələblər:
- Ali təhsil
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilmək arzu olunandır
- Problemlərin təhlili və həlli, qərar vermə bacarığı;
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə xoş rəftar;
- Təqdimat edə bilmə və inandırmaq bacarığı olan; Sərbəst, özünə güvənən;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- MS Office proqramları ilə qabaqcıl istifadə bacarıqları;
- Yaş həddi 21-25;
- Komandada işləmək bacarığına malik olmalıdır.
İş şəraiti
- 5 günlük iş qrafiki –09:00 – 18:00
QEYD: Seçilən əməkdaşlara program müddətində 250 AZN/ay ödəniş ediləcəkdir. Uğurlu olan əməkdaşlar müddət sonunda daimi iş ilə təmin olunacaq.
Proqrama müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Təcrübə proqramı” yazıb hr@universal-az.com e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...