Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Unicapital Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ali hüquqi təhsil olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün funksional sahələri üzrə hüquqi tənzimlənməsini həyata keçirmək;
- Şirkətin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək;
- Tərəf müqabili şirkət olduğu halda müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Şirkətin müştərilər, partnyorlar, nəzarət orqanları və digər şəxslərlə (dövlət/qeyri-dövlət) münasibətlərdə hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təşkil dilməsində iştirak etmək;
- Cəmiyyətə daxil olan sənədlərin qəbulu, qeydiyyatı və uçotunu həyata keçirmək;
- Şöbəyə daxil olmuş aidiyyatı sənədlərin icrasını həyata keçirmək;
- Şirkətin sənəd dövriyyəsi işinin təşkili və xaric olan sənədlərin göndərilməsi üçün zəruri olan tədbirləri həyata keçirmək;
- Şirkətdə sənədlərin bir dildən başqa dilə tərcüməsi işinin təmin etmək;
- Arxiv işinin təşkil edilməsində iştirak etmək;
- Digər şöbələrdən sənədlərin müvafiq akt əsasında arxivə qəbul etmək;
- Akt əsasında sənədlərin yoxlanılması, qəbulu, çeşidlənməsi, tikilməsi, arxiv sistemində struktur üzrə yerləşdirmək;
- Arxiv sənədləri və onların surətləri barədə sorğuları cavablandırmaq;
- Milli Arxiv İdarəsi tərəfindən sənədlərin məhv edilməsi prosesinin həyata keçirilməsinə yardım və nəzarət etmək.
- Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
- Biznes proseslərini bilmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;•
- Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Namizəd üçün tələblər:
- Ali hüquqi təhsil;
- İnvestisiya fəaliyyətinin əsaslarını bilmək;
- Müvafiq sahə üzrə 1 il və daha artıq iş təcrübəsi;
- Azərbaycan və Rus dilləri üzrə sərbəst, İngilis dili üzrə “İntermediate” səviyyəsində bilik;
- Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
- Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həllində təcrübə;
- Korporativ davranış normalarını bilmək;
- Korporativ müştərilərlə iş zamanı istifadə edilən öz sahəsi ilə əlaqədar Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
İş şəraiti barədə məlumat:
- İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
- Ünvan: Azure Business Center
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında müəyyən olunacaq.
Müraciət etmək üçün cv@unicapital.az email ünvanına “Hüquqşünas” mövzusu ilə “CV”nizi göndərə bilərsiniz.