Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Müştəri məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dilni səlis bilməlidir, ingilis dili arzuolunandır.
İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” (Nikoil Bank) hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Tələblər:
- Ali təhsil
- Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
- Word və Excell proqramlarından istifadə bacarığı
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
- Komanda ilə işləmək bacarığı
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı
Öhdəliklər
- Banka daxil olan müştərilərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi
- Bank məhsulları hakqında müştəriləri dolğun məlumatlandırmaq
- Müştəriləri ATM, Pos terminal və bənzəri bank avadanlıqlarının istifadəsi qaydaları barədə maarifləndirmək
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönəltmək
İşə qəbul olunan yeni namizədə dəstək
Karyerasını yeni başlayan hər bir əməkdaşa öz peşəsinin sirlərinə dərindən yiyələnməsi üçün ona Bankın peşəkar təlim və inkişaf komandası tərəfindən nəzəri ixtisaslaşma təlimi verilir. Daha sonra əməkdaşın işə praktiki adaptasiyasını sürətləndirmək məqsədi ilə ona təyin olunan təcrübəli mütəxəssis tərəfindən aktiv iş öyrədilir. Bununla yanaşı, karyerasına yeni başlayan hər bir yeni əməkdaş təcrübəyə əmək haqqı ödənilməklə və bonus qazanmaq imkanı təqdim olunmaqla ona maliyyə dəstəyi verilir. Karyeraya yeni başlayan əməkdaşların bilik və bacarıqlarının artırılması Bankımızın öhdəliyi olduğunu hesab edirik və namizədlərimizdən təcrübə tələb etmirik.
Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə müraciət etdiyi sahəni qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) hr@yelo.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...