Qısa məzmun
Zeytun Pharmaceuticals Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Əczaçılıq sahəsində Ali təhsil olmalıdır.
“Zeytun Pharmaceuticals” şirkəti “Bölgə müdiri” axtarışındadır.
Vəzifə funksiyaları:
- Tabeçiliyində olan satış müvəkilləri ilə mütəmadi əlaqə saxlanılması, tapşırıqların icrasına nəzarət edilməsi, aylıq planın analiz edilməsi;
- Zeytun Pharmaceuticals” MMC aptek şəbəkəsinə aid olan apteklərin potensialının müəyyənləşdirilməsi və tələbata uyğun müvafiq tədbir görülməsi;
- Zeytun Pharmaceuticals” MMC apteklər şəbəkəsinə aid olmayan digər apteklərin şirkətlə əməkdaşlığa dəvət edilməsi;
- Ehtiyac olduğu təqdirdə bölgəyə əlavə məhsul göndərişinin ünvanlanmasının təmin edilməsi, zərurət yarandığı halda bölgə üzrə bir neçə şatış müvəkkilinin təyin edilməsi;
- Şirkətin çalışdığı aptek rəhbərləri ilə mütəmadi əlaqə yaradılması, problem yarandığı təqdirdə müvafiq qaydada həll edilməsi;
- Hər ay sonu kreditor müştərilərlə üzləşmə aktının tərtib ediməsi;
- Hər ayın əvvəlində satış müvəkkilləri ilə ümumi iclas təyin edərək ötən ayın satışları üzrə hesabatların müqayisə edilməsi;
- Satış müvəkkillərinə həvalə olunmuş avtomabillərin işlək və zədəsiz şəkildə saxlanılmasına nəzarət edilməsi.
Tələblər:
- Əczaçılıq sahəsində Ali təhsil
- Satış və çatdırılma sahəsində 5 ildən artıq iş təcrübəsi
- Microsoft Office və 1C proqramlarından sərbəst istifadə bacarığı
- Sürücülük vəsiqəsi
- Satış qabiliyyəti
- Müştərilərlə ünsiyyət qurmaq, idarəçilik, tabeçiliyində olan satış müvəkkilləri ilə komanda şəklində işləmə bacarığı.
Qeyd: Yalnız yaşayış yeri Şirvan şəhəri olan namizədlər nəzərədn keçiriləcək.
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə HRdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...