Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İR üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dilləri üzrə sərbəst biliklər.
Tələblər:
- Müvafiq sahədə ali təhsil
- Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında işləmə bacarığı
- AR Əmək Qanunvericiliyi biliyi və Elektron Hökumət portalı ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək
- Məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablaşmaların təşkili və nəzarət edilməsi
- Kadr kargüzarlığının qanunvericiliyə uyğun tərtib edilməsi (işçilərlə əmək müqavilələrinin (əlavə və dəyişikliklərin) bağlanması, sənədləşmənin həyata keçirilməsi və Elektron hökumət portalına daxil edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, işdən çıxan işçilərin sistemdən çıxarılması və s.);
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...