Qısa məzmun
Honours Academy Marketinq Direktor vəzifəsi üzrə vakansiya elan edir. Marketinq strategiyalarının hazırlanmasını bilməlidir.
Əsas tələblər:
- Xarici dil bilikləri: İngilis dili (yaxşı səviyyədə), Rus dili (araşdırma edə biləcək səviyyədə)
- İş təcrübəsi: Minimum 3 il (Marketinq və Biznesin İnkişafı istiqamətində)
- İdarəetmə qabiliyyətlərinin yüksək səviyyədə olması
- İş görmək fəlsəfəsinin olması və şirkətin fəlsəfəsinə uyğunlaşması
- İşində ciddi, məsuliyyətli və dəqiq olması
- Vəziyyəti düzgün qiymətləndirə bilməsi, xaotik vəziyyətlərdə doğru qərar verə bilməsi
- Kommunikasiya və fikrini əsaslandırmaq bacarıqlarının yüksək səviyyədə olması
- Stressə davamlı
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyalarının hazırlanması
- Marketinq fəaliyyəti ilə bağlı ümumi və detallı planlama
- Komandanın işinin təşkili və icraya nəzarət
- Marketinq komandasının iş bölgüsü və nəzarət
- Yeni marketinq kampaniyalarının yaradılması və icrasının təşkil olunması
- Şirkətxarici əlaqələrin qurulması və şirkətin bazarda təqdimatı işləri
- Marketinq komandası ilə şirkət rəhbərliyi arasında hesabatlılıq sisteminin qurulması
- Marketinq işindən əlavə olaraq şirkətin fəaliyyəti üçün digər işlərin və şirkətin direktorunun və İcraçı direktorun tapşırıqlarının icrası
İş qrafiki:
- Bazar ertəsi – şənbə (6 günlük iş qrafiki)
- Saat: 09:00-18:00
Əmək haqqı: Əmək haqqı namizədin bacarıqlarına və işə yanaşma ciddiyətinə görə qarşılıqlı şəkildə razılaşdırılacaq.
Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Marketinq Direktor” başlığından istifadə edərək öz CV və Sosial Şəbəkə hesablarının ünvanlarını cv@honours.academy ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...