Qısa məzmun
AS İnşaat MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Sahə üzrə minimum 5 il iş təcrübəsi olmalıdır.
Vəzifə öhdəlikləri :
- Cəmiyyətinin fəaliyyətinin qanunlara uyğun həyata keçirilməsini və cəmiyyətin hüquqlarının qorunmasını təmin edir;
- Cəmiyyətdə hüquq sənədlərinə aid təkliflərini verir. Mövcud qanunvericiliyinə uyğun olmayan, istehsalat ilə bağlı aktların dəyişdirilməsi və ya xitam verilməsinə dair tdbirlərin həyata keçirilməsi üçün cəmiyyətin rəhbərliyinə məlumat verir;
- Mövcud qanunvericiliyinin izah edilməsi və tətbiqi prosesində, pretenziya işlərində istehsalat struktur bölmələrinə hüquqi yardımın göstərilməsində, məhkəmə orqanlarına zəruri materialların hazırlanmasında və təqdim edilməsində iştirak edir;
- Məhkəmədə, dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərin baxılmasında Cəmiyyətini təmsil edir;
- Cəmiyyətə dəymiş ziyanın ödənilməsi tədbirlərində iştirak edir;
- Müqavilə, maliyyə, əmək intizamının möhkəmləndirilməsinə görə keçirilən tədbirlərdə iştirak edir;
- Maddi və intizam məsuliyyətinə cəlb olunan işçilərin sənədlərinə hüquqi rəy verir;-
- Debitor borcları üzrə materiallarının baxılmasında iştirak edir;
- Cəmiyyətə daxil olan hüquqi əhəmiyyətli sənədlərin baxılmasında iştirak edir;
- Rəhbərliyin tapşırığı ilə, Cəmiyyətə məxsus daşınmaz əmlakının sənədlərini mövcud qanunvericiliyinin uyğunluğuna gətitilməsi işlərində iştirak edir;
- Rəhbərliyin tapşırığı ilə daşınmaz əmlakına dair əqdlərində hüquq müşaiətini həyata keçirir;
- Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin tərtibi işlərində iştirak edir.
Namizədə tələblər :
- Ali təhsil (müvafiq sahədə)
- Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyi əlavə üstünlükdür;
- 5 il iş təcrübəsi.
İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Ünvan : Bakı-Quba şosesi, 32 km,
CV- göndərmək üçün ünvan – hr@asinshaat.az