Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding İnsan Resursları üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Əmək qanunvericiliyinin əsaslarını bilməlidir.
Namizədə aid tələblər:
- Ali təhsil (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s);
- AR Əmək qanunvericiliyi üzrə nəzəri biliyi yüksək səviyyədə olmalıdır;
- İş ezamiyyətlərinə gedə bilməli;
- İş təcrübəsi arzu olunandır.
İş haqqında məlumat:
- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
- İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
- Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları üzrə Kiçik Mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...