Qısa məzmun
Ə/h razılaşma yolu ilə. StudyLab Təlimlər üzrə kordinator vəzifəsi üzrə vakansiya elan edir.
“StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır!
Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və motivasiya məktubunuzu (Cover Letter) merkez@studylab.az ünvanına göndərin.
TƏLİMLƏR ÜZRƏ KOORDİNATOR
Vəzifə öhdəlikləri:
- Yeni təlim proqramlarını təşkil etmək və mövcud proqramları təkminləşdirmək
- Təlim proqramlarının cari və effektiv olmasına əmin olmaq məqsədi ilə onlara nəzarət etmək və qiymətləndirmək
- Mərkəzə telefonla müraciətlərin cavablandırılması və ya ünvanlanması;
- Təlim üçün müraciətlərin və təlim iştirakçılarının qeydiyyyatını aparmaq və qeydiyyatla bağlı müraciətləri cavablandırmaq;
- Mərkəzə elektron poçtla müraciət etmiş müraciətləri öz səlahiyyətləri çərçivəsində cavablandırmaq, səlahiyyətlərinə aid olmayanaları aidiyyatı işçilərə ünvanlamaq;
- Mərkəzə ziyarətçilərin qarşılanmasını təşkil etmək;
- təlim otağını hazırlamaq və təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
- Təlim materiallarını qrammatik yoxlamaq, Mərkəzin standartlarına uyğunlaşdırmaq, çoxaldılmasını və dinləyicilərə vaxtında verilməsini təmin etmək;
- Təlim kursları üzrə testlərin və anonim qiymətləndirmələrin keçirilməsini (avtomatlaşmış və fiziki) təşkil etmək, nəticələri emal etmək;
- Təlimsonrakı hesabatları və təlimçilərin dərs saatları barədə hesabatları hazırlamaq;
- Təlim vaxtının dəyişdirilməsi barədə dinləyiciləri məlumatlandırmaq;
- Daxili qaydalarla müəyyən olunmuş kurslarda testlərinin nəticələrinin müzakirəsini təşkil etmək;
- Onlayn təlimləri təşkil etmək: təlimlərim yaratmaq, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və Mərkəz tərəfindən ortaya çıxan texniki problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, ehtiyac olanda müvafiq əməkdaşı cəlb etmək;
- Təlim iştirakçıları üçün sertifikatları hazırlamaq və onlayn təlimlər üzrə onları aidiyyəti iştirakçı və ya sifarişçiyə göndərmək;
- Mərkəzin rəhbərliyinin təlimlərin təşkili üzrə ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.
Namizədə tələblər
- Ali təhsil, bakalavr
- Azərbaycan, rus dili bilikləri yüksək səviyyədə, İngilis dili biliyi orta səviyyədə
- Səlist danışıq və yazı qabiliyyəti
- MS Office proqramlarında işləmək bacarığı
- MS Outlook proqramında işləmək bacarığı
- Təşkilatçılıq və kreativ yanaşma
- Təşəbbüskar və yeniliklərə açıq•
- Ehtiyac yarandığı halda həftə sonları işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir)
Şərtlər
- Şəhərin mərkəzində yerləşən rahat ofis.
- İş qrafiki fərdi qaydada müəyyən edilir.
- Əmək haqqı fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: merkez@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Təlimlər üzrə koordinator” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 26 avqust 2021
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...