Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Badamlı Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
“Badamlı” Mineral Sular Satış mərkəzi Satış təmsilçisi vakansiyasını açıq elan edir.
Bu 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən Satış komandamıza qoşulmağa dəvət edirik! Şirkətimizin siması və Satış təmsilçisi olaraq Siz Badamlı şirkətinin mövcud və potensial müştərilərinə məhsullarımızın bütün çeşidlərinin satışının həyata keçirilməsi işini təşkil edəcəksiz.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Davamlı karyera inkişafı
- Korporativ telefon
- Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları
Bizim üçün ideal namizəd:
- Orta ixtisas təhsili, ali təhsili olanlara üstünlük verilir
- Satış sahəsində ən az 2 il iş təcrübəsi olan
- 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
- Danışıqlar aparmaq və yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
- Satış terminalları ilə işləmək
- Şəxsi avtomobil (yanacaq və amortizasiya xərcləri Şirkət tərəfindən ödənilir)
- Bakı (müvafiq regionu) şəhərini yaxşı tanımaq
- Kompüter və MS Office proqram bilikləri
Görəcəyiniz işlər:
- Müəyyən olunmuş ərazidə yerləşən müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
- Məhsulların çeşidləri üzrə maksimum satışını həyata keçirmək
- Satılmış məhsullara görə ödənişlərin yığılmasını həyata keçirmək
- Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi karyera@badamli.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Satış təmsilçisi”)
www.badamli.az
Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...