Ofis menecer (kargüzar)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Performance Center Co MMC Ofis menecer (kargüzar) vəzifəsi üzrə vakansiya elan edir. Rus dili bilgisi üstünlükdür.

Vəzifə öhdəlikləri

  • Ofis daxili işlərə ümumi nəzarət edilməsi və kargüzarlıq işinin aparılması;
  • Şirkətin struktur quruluşunun, işgüzar profilinin, fəaliyyət istiqamətlərinin, daxili nizam – intizam qaydalarının təşkilinin yüksək səviyyədə təmin edilməsi;
  • Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, ümumi mailə gələn e-maillərin cavablandırılması;
  • Məktubların yazılması, qeydiyyatı və göndərilməsinin təmin edilməsi;
  • Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
  • Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
  • Ofis ləvazimatlarının sifarişi edilməsi və ofis daxili və ofis ətrafı ərazilərinin təmizliyi üzrə işlərə nəzarət.

Namizədə bağlı tələblər

  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı;
  • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə yüksək səviyyədə biliyə malik olmalı;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə;
  • Xanım namizədlərə üstünlük verilir.

İş Şəraiti:

  • İş vaxtı: həftədə 6 gün, 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: 500-600 AZN.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Ofis menecer (kargüzar)” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

650₼
İnzibati işlər üzrə kiçik mütəxəssis

A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

A-Group Insurance Company

08.01.2025 - Bakı

Sənədləşmə üzrə Mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssis

AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...

AR-metiz MMC

27.12.2024 - Bakı