Human Resources Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Human Resources Manager vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə Menecer tələb olunur.

Vəzifənin rolu

Bu İnsan Resursları üzrə Menecerin şirkətdəki rolu İR departamentinin bütün istiqamətlərinin gündəlik fəaliyyətini idarə etməkdir. Əlavə olaraq müxtəlif İR layihələrini izləyir, Tabeçiliyində olan işçilərin inkişafını dəstəkləyir və İR proseslərini təkmilləşdirir.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə uyğun olaraq İR Administrasiyası şöbəsinin gündəlik proseslərini idarə edir
  • Gündəlik İşə qəbul və seçim proseslərini idarə edir
  • Vəzifə təlimatlarını, vəzifələrin biliklərini və təcrübə meyarlarını yeniləyir
  • Bütün şöbələrin strukturlarını yeniləyir
  • İşə qəbul prosesinin təsdiqlənmiş şöbə strukturuna və işçi sayına əsasən həyata keçirilməsini təmin edir
  • İR funksiyalarının Qiymətləndirmə Sisteminə uyğunluğunu təmin edir və tələb olunan dəyişikliklər barədə rəhbərliyi məlumatlandırır
  • İnsan Resursları sahəsində müxtəlif cari və birdəfəlik layihələr və proqramlar həyata keçirir
  • Kadrlar axını, əmək haqqı sorğusu, işçi analitikası və kadrların işdə saxlanılması hesabatlarını təqdim edir
  • İnsan resursları heyəti üçün kouçinq və təlimlər keçirir və onların gələcək inkişafını təmin edir
  • İR proseslərini tendensiyalara və tələblərə uyğunluğunu nəzərdən keçirir və təkmilləşdirir

Əsas tələblər:

  • İnsan Resurslarının İdarə edilməsi, Biznesin İdarə edilməsi və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi
  • İnsan Resurslarının İdarə edilməsi və İnkişafı üzrə müvafiq sertifikatlar
  • Təcrübə:
  • İR sahəsində 5-7 il iş təcrübəsi
  • Rəhbər vəzifəsində ən az 3 il iş təcrübəsi
  • Professional biliklər:
  • İnsan resurslarını İdarə olunması
  • İR Administrasiyası
  • İşə qəbul və İşçi seçimi
  • Performansın İdarə olunması
  • Təlim və İnkişaf
  • Əmək Məcəlləsi
  • ERP
  • Səlis Rus və İngilis dili biliyi
  • MS Office proqramları
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Liderlik
  • İdarəetmə bacarıqları
  • İş bölgüsü
  • Ünsiyyət bacarıqları
  • Problem həll etmə
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Çeviklik

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı