Qısa məzmun
Yelo Bank Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı və baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Alternativ kanallarla satış” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
- Struktur: Alternativ kanalları ilə satışın təşkili şöbəsi
- Vəzifə: mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
- Bilavasitə tabeçiliyi: Departament direktoru / şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Bankın təsdiqlənmiş tarif və şərtləri çərçivəsində alternativ kanallar vasitəsi ilə kredit / qeyri-kredit məhsulları üzrə sifarişlərin qəbulu, təhlili və qeydiyyatı
- Onlayn kredit sifarişlərinin Mərkəzi Bank qanunvericiliyi və Bankdaxili istehlak kreditlərinin verilməsi şərtləri çərçivəsində təhlil edilməsi, yönləndirilməsi və rəsmiləşdirilməsi
- Müxtəlif satış kanalları ilə daxil olan istehlak kreditləri sifarişlərini qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili, təsdiqi və MXD / Filiallara yönləndirilməsi
- Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişlərin baxılması üçün müvafiq komitələrə təqdimat Kredit portfelini formalaşdırmaq və idarə etmək
- Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımları həyata keçirmək
- Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışları aparılması
Tələblər:
- Ali təhsil
- Bank və ya bank olmayan kredit təşkilatında müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- İstehlak kreditləri üzrə təhlil bacarıqları
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili biliyi arzu olunandır
- Analitik düşüncə, yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı
- Təqdimat bacarığı
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...