Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Həkim-ekspert vəzifəsi üzrə vakansiya elan edir. zü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər olacaqdır.
Vəzifə öhdəlikləri:
- Müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin edir.
- Müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparır, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görür.
- Tibbi sənədləşdirmənin, onların aparılmasının keyfiyyətinin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlamalarını həyata keçirir.
- Profilaktika, diaqnostika və müalicənin səmərəli metod və vasitələrini, müalicə-profilaktika yardımın göstərilməsi üzrə yeni təşkilati formalarını praktikada tətbiq edir.
Tələblər:
- Ali tibbi təhsil;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktlarını bilməli;
- Sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını bilməli;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının və tibbi sosial ekspertizanın təşkilini bilməli;
- Dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını bilməli;
İş şəraiti:
- İş günü: 6 gün;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Həkim-ekspert” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...