Qısa məzmun
Baku Electronics LTD İş vaxtı uçotunun aparılması üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Məzuniyyəti qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək,arxivləşdirmək;
- Sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarının icrasını təmin etmək və ona uyğun müvafiq əməliyyatların aparılması;
- Ödənişsiz məzuniyyətdən istifadə qaydalarına uyğun sənədləşməni təmin etmək;
- Yaradıcılıq və təhsil məzuniyyətindən istifadə qaydalarına uyğun olaraq sənədləşməni təmin etmək;
- Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinin qeydiyyatının aparılmas
- Əmək məzuniyyətindən geriçağırma və başqa vaxta keçirilməsi şərtlərinin sənədləşdirilməsini təmin etmək;
- Əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə Əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsini təmin etmək;
- Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
- Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
- İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
- Əlavə iş saatları,əlavə iş günü hesablanmasına dair müraciətləri qəbul etmək, davamiyyət üzrə uyğunluğunu yoxlamaq və üst rəhbərinə hesabat vermək;
Tələblər :
- İnsan resursları sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
- Yüksək səviyyədə əmək məcəlləsi biliyi
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “İş vaxtı uçotunun aparılması üzrə Mütəxəssis” mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...