Qısa məzmun
Ə/ h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
MKT-İK MMC (Pambıq müəssisəsi) İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə Hüquqşünas vakansiyası üzrə işçi axtarır.
Vəzifə funksiyaları:
- İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
- Məhkəmə proseslərində təmsilçilik;
- Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
- Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
- İcra və prosessual qanunvericiliyin tətbiqi sahəsində qanunvericiliyi bilmək və tətbiq etmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
- Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
- Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.
Tələblər:
- Ali təhsil;
- 25-45 yaş arası;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
- Mülki, iznibati prosessual, və icra qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
- Dövlət orqanları ilə iş bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki: 5 günlük, I – V günlər 09:30-18:30,
Müraciət qaydaları: CV–ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas (İmişli, Ağcabədi və Beyləqan Filialları üzrə)” yazmaqla göndərilir.