Qısa məzmun
OMİD MMC İnventara Nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycanın tikinti materiallarının pərakəndə satışı üzrə ən böyük şəbəkəsi olan, 1994-cü il tarixindən ölkədə fəaliyyət göstərən “OMİD” MMC “FAB Group”un tərkibində fəaliyyət göstərməkdədir. OMİD Mağazalar şəbəkəsi əsasən İşıqlandırma, Elektrik, Elektrik əl alətləri, Xırdavat, İnşaat materialları, Boya məhsulları, Divar kağızları, İstilik və havalandırma, Məişət malları, Santexnika və Bağ-bağça məhsullarının topdan və pərakəndə satışını həyata keçirir.
OMİD Mağazalar şəbəkəsi İnventara Nəzarət mütəxəssisi vakansiyasını elan edir.
Namizədə dair əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə)
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Hesabat vermə bacarığı;
- Komandada işləmək bacarığı;
- İnventar nəzarətçisinin tələb olunan keyfiyyətlərini;
- Planlaşdırma və təşkilatçılıq bacarıqlarını;
- Analitik və nəticə yönümlü düşünmək qabiliyyətinə sahib olmaq;
- Problemlər qarşısında həll yolları axtarmaq və tapmaq;
Əsas vəzifə və öhdəliklər:
- İnventara Nəzarət mütəxəssisi bütün inventarları mütəmadi olaraq izləməli;
- Baş verə biləcək pozuntuların qarşısını almaq, vaxtaşırı inventarizasiya fəaliyyətlərini təşkil etmək və proses təkmilləşdirmələri həyata keçirməli;
- Struktur və ya Anbar sahəsində nəzarəti ilə əlaqəli hər cür fəaliyyətin planlaşdırılması və nəzarəti,
- Gündəlik stok hərəkətlərinə mütəmadi olaraq nəzarət etmək,
- Qüsurlu məhsul gəlirlərini müəyyənləşdirmək və izləmək;
- Sistem vasitəsilə inventarların vaxtaşırı yoxlanılması;
- Stok giriş və çıxış sənədlərinin yoxlanılması və müvafiq sistemdə qeyd edilməsi;
- Anbar inventarizasiya sistemindəki nasazlıqları araşdırmaq və onların təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini təmin etmək;
- Stok büdcə tədqiqatlarının icrasına dəstək vermək;
- Aylıq və dövr sonu stok sayımlarının təşkili;
- İstehsal, satın alma, nəqliyyat və digər əlaqəli qruplarla əməkdaşlıq etmək;
- Stok fərqlərini araşdırmaq və təhlil etmək və mümkün inkişafları təklif etmək;
- İnventarların sayılması barədə müntəzəm hesabatların yaradılması və rəhbərliyə göndərilməsi;
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əməkhaqqı 800 manat
- Cinsi – Fərqi yoxdur
- Yaş həddi : 23-35
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnventara Nəzarət mütəxəssisi” sözlərini qeyd edərək habib.valiyev@omid.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...