Qısa məzmun
Ə/h 500-800 AZN. Arsenal Group Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dili arzuolunandır.
İş barədə məlumat:
- Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə) və yarımfabrikatların istehsalı xidməti istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 28 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.“ARSENAL GROUP” namizədləri “Satış məsləhətçisi” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək
- Satışla bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı öyrənmək və satış zamanı tətbiq etmək
- Müştəriləri gülərüz qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək
- Satış performansının artırılması ilə bağlı təlimlərdə iştirak etmək
İş şəraiti:
- Həftədə 6 iş günü, saat 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq (+500 AZN)
- İş yeri Ayna Sultanova heykəlinin yaxınlığı
Namizədə tələblər:
- Orta təhsil (Ali təhsil olanlara üstünlük verilir)
- Azərbaycan və rus dillində səlist nitq
- Satış sahəsində təcrübə (Mebel xam mallarının satışı sahəsində iş təcrübəsi üstünlükdür)
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, yüksək dərəcədə inandırmaq qabilliyyəti
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Müvafiq sahədə iş təcrübəsinin olması ( 1 il);
- Komandada işləmək bacarığı
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
- Stressə davamlılıq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...