Qısa məzmun
Leobank Validasiya və kredit təhlili üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Tapşırıqlar:
- Müştəridən alınan ərizənin doldurulması;
- Təqdim edilmiş sənədlərdə məlumatların uyğunluğunun və tamamlığının yoxlanılması;
- Məlumatları dəqiqləşdirmək üçün müştərilərə zənglərin edilməsi;
- Yeni müasir digital bankçılıq üzrə müştərilərə məsləhət vermək.
Tələblər:
- Ali təhsil (Həmçinin bakalavr pilləsinin sonuncu kursunda təhsil alan);
- Müştəri xidməti üzrə iş təcrübəsi (bank sahəsi arzu olunandır);
- Ofis proqramları ilə işləmək bacarığı;
- Azərbaycan və ingilis dillərini sərbəs bilmək, rus dili arzu olunandı;
- İşdə diqqətlilik və detallara fikir vermə qabiliyyəti;
- Məsuliyyət və müştəri yönümlük.
Biz təklif edirik:
- Rahat, keyfiyyətli və yenilikçi bir fintech məhsulu istehsalını bilən bir komandada təcrübə qazanma fürsəti;
- Karyera və peşəkar inkişaf – şirkətimiz daxilində işçiləri inkişaf etdirməyə çalışırıq, buna görə vəzifənizdə peşəkarlıq əldə etdikdə karyera imkanı üçün şərait yaradılacaq;
- 10 günlük intensiv təlim proqramı;
- İş qrafiki seçmək imkanı – 2/2, 5/2, gecə növbələri;
- Yeni müasir, rahat ofis;
- Gəlir bazarın üstündədir;
- Rəsmi qeydiyyat, sabit əmək haqqı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini recruitment@leobank.az elektron ünvanına göndərə bilər (mövzu hissəsində Validasiya və kredit təhlili üzrə mütəxəssis qeyd etməyiniz xahiş olunur).
Oxşar vakansiya siyahısı:
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...