Qısa məzmun
Neptun-S MMC Auditor vəzifəsi üzrə vakansiya elan edir.
Neptun Supermarketlər Şəbəkəsi 2003-cü ildə Azərbaycanda qida sektoru sahəsində fəaliyyətə başlayıb. Neptun Supermarketlər Şəbəkəsi həm yerli həmdə xarici məhsulların satışını həyata keçirir. Burada keyfiyyəti, ekoloji təmiz tərkibi, saxlanma müddəti və s. ilə seçilən Almaniya və digər Avropa məhsulları yer almışdır.Əsas prinsipi sağlam qidaya üstünlük olan Neptun Supermarketlər şəbəkəsi optimal şəraitdə saxlanılan məhsullarla artıq 19 ildən çoxdur ki, geniş alıcı kütləsinin inamını qazanıb.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
- CRM sahəsində 1-3 illik təcrübə;
- SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;
- Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
- CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
- Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
- Analiz, problemlərin həlli və qərarvermə;
- Keyfiyyətə fokuslanma;
- Dəqiqlik və təfsilatlara yönümlülük.
Vəzifələr:
- Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
- Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
- Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
- “Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
- CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;
- CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı razılaşma əsasında.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@neptun.az elektron ünvanına mövzu yerinə “CRM üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...