Qısa məzmun
A+Co ASC Digital marketing menecer vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
Tələblər:
- Ali təhsil
- Göstərilən vəzifə üzrə ən azı 3-5 illik iş təcrübəsi;
- Rəqəmsal trendlər barədə məlumatlı olmalı;
- MS Office proqramlarından yüksək səviyyədə istifadə etmək qabiliyyəti;
- Rus dili və İngilis dili bilikləri;
Vəzifə öhdəlikləri:
- Brendin mövqeləndirilməsi (Brand Positioning) əsasında rəqəmsal kontent planın yaradılması, kreativin reallaşdırılması, effektivliyin ölçülməsi və hesabatın təqdim olunması;
- Brend marketinq fəaliyyətini rəqəmsal platformalarda adaptasiyası təcrübəsi olması;
- Instagram, Facebook, TikTok, Telegram, Twitter, Youtube hesablarının və kanalların idarə edilməsi
- Ads Manager (Google, Facebook, Youtube) vasitəsilə bütün mümkün rəqəmsal media kanallarında reklam kampaniyalarının effektiv şəkildə idarəedilməsi ;
- Foto, video, proqramlaşdırma istiqamətləri üzrə xidmət göstərənlər (frilans, agentlik) ilə işləmək təcrübəsinin olması;
- Hər rəqəmsal platformaya uyğun blogerlərin və influenserlərin yer aldığı bazarın spesifikasına bələd olunması ;
- Məhsul barədə məqalələrin yazılması üçün tematikaya uyğun tanınmış yazarların axtarıb tapılması və iş birliyinin təmin olunması;
- Brendin rəqəmsal tanıtımında istifadə ediləcək hər hansı proqramlaşdırma həllinin texniki tapşırığın hazırlanması bacarığının olması;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Digital marketing meneceri” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...